Yaxın aylarda Şuşaya gələn turistlərin sayında artım gözləyirik - Xüsusi nümayəndə
Şuşada turist mövsümü başlayıb və yaxın aylarda bölgəyə gələn turist sayının artacağı gözlənilir. Bunu anews.az-a müsahibəsində Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
Onun sözlərinə görə, ötən il Şuşa 4 ay ərzində 500 min turist qəbul edib.
Kərimov qeyd edib ki, qarşıdakı 3-4 ay ərzində bölgəyə daha çox turist axınının olacağı proqnozlaşdırılır.
“Təkcə ötən il otellərdə gecələyənlərin sayı 34 min nəfər olub”, - deyə o bildirib.
Gülnar Nazimqızı
Mənbə: anews.az