Image

Bəhreyn Ebola səbəbindən üç Afrika ölkəsindən girişə məhdudiyyət qoyub

Bəhreyn hakimiyyəti Ebola virusunun yayılması fonunda Konqo Demokratik Respublikası, Uqanda və Cənubi Sudandan gələn xarici vətəndaşların ölkəyə girişini müvəqqəti dayandırıb.Bu barədə Bəhreyn İnformasiya Agentliyi xəbər yayıb.

Qərara əsasən, məhdudiyyətlər mayın 19-dan qüvvəyə minəcək və 30 gün müddətində davam edəcək.

Tədbir həmin ölkələrdən birbaşa gələn şəxslərə, eləcə də son 30 gün ərzində bu dövlətlərin ərazisində olmuş xarici vətəndaşlara şamil ediləcək.

Bildirilib ki, Bəhreyn vətəndaşları ölkəyə qayıtdıqdan sonra Səhiyyə Nazirliyinin müəyyən etdiyi sanitar protokollara əməl etməlidirlər.

Mənbə: anews.az

Xəbər lenti

Novxanıda hotel yanır

Putin Çinə səfər edib