Image

Rubio mayın 22-də NATO ölkələrinin XİN başçıları ilə görüşəcək

ABŞ Dövlət katibi Marko Rubio mayın 22-də İsveçin Helsinqborq şəhərində keçiriləcək NATO ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

ABŞ Dövlət Departamentinin məlumatına görə, Rubio görüş çərçivəsində NATO müttəfiqləri ilə müdafiə xərclərinin artırılması və alyans daxilində yük bölgüsünün daha ədalətli paylanması məsələlərini müzakirə edəcək.

O, həmçinin Danimarka, İslandiya, Kanada, Norveç, Finlandiya və İsveç rəsmiləri ilə Arktikada təhlükəsizlik və iqtisadi əməkdaşlıq, eləcə də Uzaq Şimal regionunda mövcudluğun gücləndirilməsi mövzusunda danışıqlar aparacaq.

Rubionun İsveç Baş naziri Ulf Kristersson və NATO Baş katibi Mark Rutte ilə də ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

Mənbə: anews.az

Xəbər lenti

Novxanıda hotel yanır

Putin Çinə səfər edib