"Bitcoin" bahalaşıb
CoinMarketCap platformasında “Bitcoin”in qiyməti son 24 saatda 0,29% artaraq 77 093 ABŞ dollarına yüksəlib. “Ethereum”un qiyməti 0,35% azalaraq 2 124 dollara enib. BNB-nin qiyməti isə 0,05% geriləyərək 642,37 dollara düşüb.
digər iri kriptovalyutalarda da əsasən mənfi dinamika qeydə alınıb. Belə ki, “XRP”in qiyməti 1,26% azalaraq 1,36 dollara, “Solana”nın qiyməti 0,39% enərək 84,78 dollara, “Dogecoin”in qiyməti isə 1,20% geriləyərək 0,1034 dollara düşüb.
Mənbə: anews.az