Image

Azərbaycan avtomobil yanacağının istehsalını artırıb

2026-cı ilin yanvar-aprelində Azərbaycanda neft məhsullarının istehsalının ümumi dəyəri 1 milyard 950,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% çoxdur.

Bu barədə  Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə neft məhsullarından 81,6 min ton neft koksu, 480,7 min ton avtomobil benzini, 782,9 min ton qazoyl (dizel yanacağı) istehsal olunub. Avtomobil benzini istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 13,6%, qazoyl (dizel yanacağı) istehsalı isə 7,8% artıb.

Aytac

Mənbə: anews.az

Xəbər lenti

"Bitcoin" bahalaşıb

Novxanıda hotel yanır

Putin Çinə səfər edib