Moskvada 129 illik temperatur rekordu qırılıb
Moskvada isti hava dalğası 129 illik rekordu qırıb. Bu barədə Hidrometeorologiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Moskvada havanın temperaturu müsbət 30 dərəcəyə çatıb.
Sinoptiklər həftə sonu havanın temperaturunun 5-6 dərəcə aşağı enəcəyini, güclü yağış və dolu düşəcəyini proqnozlaşdırır.
Mənbə: anews.az