Image

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ baş verib.Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 20:45-də 3,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 32 kilometr dərinlikdə yerləşib.

Mənbə: anews.az

Xəbər lenti