Image

Türkiyəli nazir Fəxri xiyabanı ziyarət edib - FOTO

Bu gün Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki Fəxri xiyabanı ziyarət edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, türkiyəli nazir ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüb.

Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Xatırladaq ki, Mehmet Özhaseki Bakıda Türk Dünyası ll Meteorologiya Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdədir.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti