ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər
ABŞ və İran arasında münaqişənin həlli ilə bağlı danışıqların növbəti mərhələsi iyunun əvvəlində keçirilə bilər.Bu barədə mənbələrə istinadən “Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, görüşün Həcc mövsümü başa çatdıqdan sonra Pakistanın paytaxtı İslamabadda keçirilməsi nəzərdən keçirilir.
Mənbələr bildiriblər ki, hazırda Vaşinqton və Tehran arasında mümkün razılaşmanın yekun variantı üzərində iş aparılır.
Bundan başqa, Pakistan Ordusunun Baş Qərargah rəisi Asim Munir gələn cümə günü “sazişin son versiyasını” təqdim etmək üçün İrana səfər edə bilər.
Mənbə: anews.az