Image

Rusiya Ermənistandan gül idxalını məhdudlaşdıracaq

Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (“Rosselxoznadzor”) mayın 22-dən etibarən Ermənistandan gül idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcəyini açıqlayıb.Bu barədə qurumun bəyanatında bildirilib.

Məlumata görə, məhdudiyyətlər istixanalarda aparılan yoxlamalar və onların nəticələrinin təhlili başa çatanadək qüvvədə olacaq.

“Rosselxoznadzor” bildirib ki, qərar Rusiyanın fitosanitar təhlükəsizliyinin və ixrac potensialının qorunması məqsədilə qəbul edilib.

Mənbə: anews.az

Xəbər lenti