Image

Nazir müavini - insanlar ağır şəraitdə yaşayır

Suriyada milyonlarla insanın mənzil problemi ilə üzləşməsi fonunda hökumət “sıfır çadır” və gələcəkdə “sıfır düşərgə” hədəfi üzərində çalışır. Bunu Suriya Ərəb Respublikasının İctimai İşlər və Mənzil Nazirinin planlaşdırma və tədqiqatlar üzrə müavini Dr. İmad Həməd Əl-Məsri bildirib. O, WUF13 çərçivəsində keçirilən “Böhranlardan sonrakı bərpa və yenidənqurma proseslərinin mərkəzində mənzil məsələsi” mövzusunda paneldə deyib ki, Suriyada 7,2 milyon daxili köçkün, 4,7 milyon qaçqın və yüz minlərlə dağıdılmış və ya zədələnmiş yaşayış vahidi mövcuddur. Əl-Məsri bildirib ki, ölkənin şimalındakı düşərgələrdə milyonlarla insan ağır humanitar şəraitdə yaşayır. “Hər çadır bir faciədir. İnsanlar yağış, istilər və ağır sosial şərait altında yaşayırlar,” - o qeyd edib. Onun sözlərinə görə, hökumət milli mənzil strategiyası çərçivəsində sosial mənzil layihələri, köçkün ailələrin geri dönüşü və yaşayış məntəqələrinin bərpası istiqamətində fəaliyyət göstərir. Əl-Məsri bildirib ki, hazırda təxminən 225 min ailənin təcili mənzil təminatına ehtiyacı var və əsas problemlərdən biri maliyyə çatışmazlığıdır. O əlavə edib ki, Suriya yenidənqurma prosesində beynəlxalq donorların və təşkilatların daha geniş dəstəyinə ehtiyac duyur. “Bu proses üçün çox böyük maliyyə lazımdır. Bizim dəstəyə ehtiyacımız var,”- nazir müavini vurğulayıb. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb