Image

Fariz Əzizov: Bakıda nəqliyyat sıxlığı və şəhər mərkəzinə təzyiqin azaldılması hədəflənir

Bakıda nəqliyyat sıxlığının azaldılması, şəhər mərkəzləri üzərindəki yükün optimallaşdırılması və daha dayanıqlı mobillik sisteminin formalaşdırılması əsas hədəflərdən biridir. Bunu AAYDA-nın nümayəndəsi Fariz Əzizov Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi şəhər

infrastrukturunun inkişafında ənənəvi yanaşmadan daha geniş və uzunmüddətli strategiya tətbiq edir.

“Biz daha ağıllı mobillik həlləri, yüksək təhlükəsizlik standartları, ətraf mühitə təsirin azaldılması və uzunmüddətli infrastruktur dayanıqlılığı vasitəsilə bu transformasiya prosesinə töhfə verməyə davam edirik”, – deyə o qeyd edib.

Fariz Əzizov vurğulayıb ki, yollar yalnız tikinti və mühəndis infrastrukturu elementi kimi qiymətləndirilməməlidir.

Onun sözlərinə görə, yollar iqtisadi əlaqələrin inkişafına, ərazi balansının formalaşmasına, təhlükəsizliyə və insanların gündəlik həyat keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərir.

AAYDA nümayəndəsi bildirib ki, hazırda həyata keçirilən layihələrin Bakıda nəqliyyat sıxlığını əhəmiyyətli dərəcədə azaltması, şəhər mərkəzlərinə düşən yükü optimallaşdırması, regional inteqrasiyanı gücləndirməsi və daha dayanıqlı, rəqabətqabiliyyətli şəhər mühitinin formalaşdırılmasına töhfə verməsi gözlənilir.

O əlavə edib ki, Bakı gələcək onilliklər üçün inkişaf modelini artıq müəyyənləşdirib və bu istiqamətdə infrastrukturun qurulması prosesi indidən həyata keçirilir.

Aytac

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb