Image

Bakıda tıxaclar və ekoloji təzyiqlər əsas çağırışlar sırasındadır

Bakının gələcək inkişafında ekoloji dayanıqlılıq, iqlim dəyişikliklərinə uyğunlaşma və səmərəli mobillik əsas prioritet istiqamətlərdən biri hesab olunur. Bunu Bakı Şəhəri Baş Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Bakı digər sahilyanı şəhərlər kimi iqlim və ətraf mühitlə bağlı ciddi problemlərlə qarşılaşır və şəhərin gələcək inkişafı bu çağırışlar nəzərə alınaraq planlaşdırılır.

Read Qasımov qeyd edib ki, bu səbəbdən “Bakı Baş Planı 2040” sənədi yaşıl urbanizm, enerji səmərəliliyi, ekoloji bərpa və dayanıqlı mobillik prinsipləri əsasında hazırlanıb.Onun sözlərinə görə, plan çərçivəsində şəhərdə yaşıllıq zonalarının artırılması, ətraf mühitə mənfi təsirlərin azaldılması, bərpa olunan enerji həllərinin təşviqi, eləcə də havanın keyfiyyətinin və ümumi şəhər ekologiyasının yaxşılaşdırılması istiqamətində tədbirlər nəzərdə tutulur.

Baş İdarə rəisi vurğulayıb ki, Azərbaycan beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində yaşıl tikinti standartlarının tətbiqinə və resurslardan daha səmərəli istifadəyə də xüsusi önəm verir.

O əlavə edib ki, Baş Planın mühüm istiqamətlərindən biri də vahid və inteqrasiya olunmuş nəqliyyat sisteminin qurulmasıdır.

Aytac

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb