Image

Rossbax: Mənzil böhranı qlobaldır, lakin təsirləri bərabər paylanmayıb

Mənzil böhranı qlobal xarakter daşısa da, onun təsirləri ölkələr, şəhərlər və icmalar arasında bərabər paylanmayıb. Bunu UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən dəyirmi masada bildirib. Rossbaxın sözlərinə görə, bəzi icmalar və regionlar mənzil çatışmazlığından daha ağır əziyyət çəkir, halbuki bu çağırış bütün dünyanı əhatə edir. O qeyd edib ki, UN-Habitat üçün World Urban Forum və WUHA Academy-nin imkanlarından maksimum istifadə etmək vacibdir. Məqsəd adekvat mənzil təminatı üçün ortaq tədqiqat gündəliyi və potensialın inkişafı ətrafında birləşmiş beynəlxalq icma formalaşdırmaqdır. Rossbax bildirib ki, UN-Habitat-ın 2026–2029-cu illər üzrə yeni strateji planında mənzil, torpaq əsaslı xidmətlər, qeyri-formal yaşayış məskənləri, şəhər planlaşdırılması, çoxsəviyyəli idarəetmə, yerli fəaliyyət, iştirakçılıq, məlumatlara və biliklərə çıxış əsas istiqamətlər kimi müəyyənləşdirilib. Onun sözlərinə görə, adekvat mənzil təminatına nail olmaq üçün tətbiqi tədqiqatlar, təhsil və təlim proqramları yerli və milli səviyyədə, eləcə də icmalar, özəl sektor və dövlət qulluqçuları üçün real icra potensialı yaratmalıdır. Rossbax əlavə edib ki, dünyada mənzil siyasəti üzrə ciddi məlumat və tədqiqat boşluqları qalır. Qlobal Şimalda mənzil bazarları və siyasəti üzrə məlumat istehsalı imkanları daha geniş olsa da, bu məlumatlar ya qlobal səviyyədə əlçatan deyil, ya da məhdudlaşdırılıb. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti