Image

Əfqanıstan Azərbaycanla danışıqlar aparır

Əfqanıstan Azərbaycanın bəzi şirkətləri ilə bərk məişət tullantılarının idarə olunması sahəsində mümkün əməkdaşlığı müzakirə edib, lakin hələlik hər hansı müqavilə və ya razılaşma imzalanmayıb. Bunu Əfqanıstanın Milli Ətraf Mühitin Mühafizəsi Agentliyinin Dayanıqlı İnkişaf üzrə direktoru Javidullah Hamed anews.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, tərəflər şəhərsalma, infrastruktur və ətraf mühit layihələri üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirə bilər. “Biz bəzi şirkətlərlə bərk məişət tullantıları ilə bağlı müzakirələr aparmışıq, lakin hələ heç bir müqavilə və ya razılaşma yoxdur”, - Hamed deyib. O əlavə edib ki, Əfqanıstan nümayəndə heyəti Azərbaycan rəsmiləri ilə görüşlər keçirməyi planlaşdırır və bu danışıqlar gələcək əməkdaşlıq üçün imkan yarada bilər. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti