Image

III Çarlz Prezidentə məktub göndərib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı III Çarlz Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Məktubda kral bildirib ki, həyat yoldaşı ilə birlikdə Azərbaycan xalqına ən səmimi təbriklərini və xoş arzularını çatdırır.

III Çarlz qeyd edib ki, bu əlamətdar gün iki ölkə arasında davamlı dostluğun qiymətləndirilməsi üçün mühüm fürsətdir. O, Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin möhkəmliyini yüksək dəyərləndirdiyini və əməkdaşlığın gələcək illərdə daha da genişlənəcəyinə ümid etdiyini vurğulayıb.

Kral məktubunda iqlim dəyişikliyi və ətraf mühitin qorunması kimi qlobal çağırışlara da toxunaraq, ölkələrin uzunmüddətli və təsirli həllər naminə birgə fəaliyyətini davam etdirəcəyinə ümidvar olduğunu bildirib.

III Çarlz sonda Prezident İlham Əliyevə və Azərbaycan xalqına sülh, rifah və firavanlıq arzulayıb.

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb