Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir
Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gedib.
İclas Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək.
Əli Əsədovu Aşqabad Beynəlxalq Hava Limanında Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov və Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Məmmədqulu Astanaqulov qarşılayıblar.
Mənbə: anews.az