5 yaşa qədər uşaqlar Gürcüstana pulsuz gedə biləcəklər
Bakı-Tbilisi-Bakı marşrutu üzrə bütün siniflərdə 10 yaşadək uşaqlar üçün biletlərə 50% endirim, 5 yaşa qədər uşaqlar isə yer məşğul etmədən pulsuz gedə biləcək. Sərnişinlərə komfort, komfort+ və lüks olmaqla üç sinif üzrə xidmət göstəriləcək. Marşrut üzrə ADY-nin yataq tipli vaqonlardan ibarət müasir qatarları hərəkət edəcək. Məlumata görə, Bakı–Tbilisi istiqamətində birtərəfli minimum gedişhaqqı 81 manat, lüks sinif üzrə tarif isə 180 manat təşkil edəcək. Gülnar Nazimqızı
Mənbə: anews.az