Image

5 yaşa qədər uşaqlar Gürcüstana pulsuz gedə biləcəklər? - Yenilənib

(Yazıya qara hərflərlə qurumun açıqlaması əlavə edilib)

Bakı-Tbilisi-Bakı marşrutu üzrə bütün siniflərdə 10 yaşadək uşaqlar üçün biletlərə 50% endirim, 5 yaşa qədər uşaqlar isə yer məşğul etmədən pulsuz gedə biləcək. Bu barərdə Azərbaycan Dəmir Yollarının rəsmi saytında online bilet almaq  bölməsində məlumat qeyd olunub. Sərnişinlərə komfort, komfort+ və lüks olmaqla üç sinif üzrə xidmət göstəriləcək. Marşrut üzrə ADY-nin yataq tipli vaqonlardan ibarət müasir qatarları hərəkət edəcək. Məlumata görə, Bakı–Tbilisi istiqamətində birtərəfli minimum gedişhaqqı 81 manat, lüks sinif üzrə tarif isə 180 manat təşkil edəcək.

Azərbaycan Dəmir Yollarından anews.az- bildirilib ki, biletlər 5 yaşından 10 yaşınadək uşaq tarifi ilə satılır. Bütün siniflərdə 5 yaşına qədər uşaq yer tutmadan gedirsə, ona uşaq bileti yazılır.

Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb