Ankara məhkəməsi CHP rəhbərliyini dəyişdirib, Kılıçdaroğlu geri qaytarılıb
Ankara Bölgə Ədliyyə Məhkəməsi Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü il 4–5 noyabr tarixlərində keçirilmiş qurultayının nəticələrini ləğv edib.Bu barədə “TRT Haber” məlumat yayıb.
Məhkəmə qərarına əsasən, qurultay nəticələri etibarsız sayılıb və partiyanın sədri Özgür Özel ilə yanaşı mövcud rəhbərlik müvəqqəti olaraq vəzifədən kənarlaşdırılıb.
Qərarla CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu və onun dövründəki rəhbər heyətin partiya idarəçiliyinə müvəqqəti olaraq qaytarıldığı bildirilib.
Bundan əlavə, məhkəmə 2023-cü ildən sonra keçirilmiş bütün növbədənkənar və fövqəladə qurultayların, eləcə də həmin qurultaylarda qəbul edilən qərarların da hüquqi qüvvəsini itirdiyini elan edib.
Mənbə: anews.az