"Euronews"da Azərbaycan çayı haqqında süjet yayımlanıb
“Euronews” telekanalı Beynəlxalq Çay Günü münasibətilə Azərbaycan çay ənənələrindən bəhs edən reportaj yayımlayıb.
Azərbaycanın Belçikadakı səfirliyi süjeti “X” sosial şəbəkəsində paylaşıb.
Paylaşımda qeyd olunub ki, Azərbaycanda çay yalnız içki deyil, qonaqpərvərlik, dostluq və mədəni kimliyin rəmzidir. Bildirilib ki, armudu stəkanlarda limon və şirniyyatla təqdim olunan çay qonaqların qarşılanmasının ayrılmaz hissəsi hesab edilir.
Süjet 21 may – Beynəlxalq Çay Günü münasibətilə hazırlanıb.
Mənbə: anews.az