Ötən il Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi bu qədər olub
2025-ci ildə Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi 14,7 milyon ABŞ dollarına çatıb ki, bu da əvvəlki illə müqayisədə 45 faiz çoxdur. Bunu Tacikistan Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirinin müavini Əhliddin Nuriddinzodan çıxış zamanı bildirib.
İki ölkə arasında qüvvədə olan azad ticarət sazişi qarşılıqlı ticarətin və biznes fəallığının genişlənməsi üçün əlverişli imkanlar yaradır. Bununla belə, mövcud iqtisadi əməkdaşlıq səviyyəsinin ölkələrin real potensialını tam əks etdirmir. Tacikistan sabit iqtisadi artım nümayiş etdirir və beynəlxalq biznes üçün etibarlı və perspektivli istiqamət kimi mövqeyini gücləndirdiyi gücləndirir",- o vuğulayıb.
O qeyd edib ki, 2025-ci ilin mayında Tacikistanda investisiyalar və investisiya fəaliyyətinin təşviqi haqqında yeni qanun qəbul olunub. Sənəd investorların hüquqlarının qorunmasını gücləndirməyə, dövlət dəstəyi mexanizmlərini genişləndirməyə və əlverişli investisiya mühitinin davamlılığını təmin etməyə yönəlib.
“ölkədə investorlar üçün 200-dən çox fiskal və institusional təşviq mexanizmi mövcuddur. Eyni zamanda iri və strateji layihələr üçün dövlət zəmanətləri, vergi və gömrük güzəştləri tətbiq edilir. Tacikistanın sənaye, energetika, nəqliyyat, logistika, kənd təsərrüfatı, emal sənayesi və innovasiya sahələrini Azərbaycanla əməkdaşlıq üçün prioritet istiqamətlər hesab olunur.
Aytac
Mənbə: anews.az