Çində mədəndə partlayış olub, ölənlər və itkin düşənlər var
Çinin Şansi əyalətində yerləşən kömür mədənində baş verən qaz partlayışı nəticəsində azı səkkiz nəfər ölüb, 38 nəfər isə yerin altında qalıb.
“Xinhua” agentliyinin yerli fövqəladə hallar xidmətinə istinadən yaydığı məlumata görə, xilasedicilər 201 nəfəri təxliyə edib və səkkiz nəfərin meyitini çıxarıblar.
İlkin ehtimallara əsasən, hadisəyə mədəndə dəm qazının səviyyəsinin normanı aşması səbəb olub.
Hakimiyyət orqanları qəzanın səbəblərinin araşdırıldığını, yerin altında qalan işçilərin axtarış-xilasetmə əməliyyatının davam etdiyini bildirib.
Mənbə: anews.az