Image

Trampın qızına qarşı sui-qəsd cəhdi planlaşdırılıb - KİV

ABŞ Prezidenti Donald Trumpın qızı Ivanka Trumpa qarşı sui-qəsd planlaşdırıldığı iddia olunur.Bu barədə “New York Post” məlumat yayıb.

Planı həyata keçirməkdə şübhəli bilinən İraq vətəndaşı Məhəmməd Baker Saad Daud əl-Saadi bir müddət əvvəl Türkiyədə saxlanılıb və daha sonra ABŞ-yə ekstradisiya edilib.

Mənbələrin bildirdiyinə görə, 32 yaşlı əl-Saadinin İvanka Trampın Floridadakı evinin planına sahib olduğu iddia edilir.

Məlumata əsasən, şübhəlinin İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələrinin olduğu və onun 2020-ci ildə ABŞ əməliyyatı nəticəsində öldürülən iranlı general Qasım Süleymaninin ölümünə görə qisas almaq niyyətində olduğu qeyd edilir.

Bildirilib ki, əl-Saadi mayın 15-də Türkiyədə saxlanılıb və daha sonra ABŞ-yə təhvil verilib.

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Türkiyədə zəlzələ olub