Image

Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kvetta şəhərində qatarda törədilən terror aktı ilə əlaqədar Pakistana başsağlığı verib.Bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

"Biz Pakistanın Kvetta şəhərində qatarı hədəf alan, günahsız insanların faciəvi şəkildə həlak olması və bir çoxlarının yaralanması ilə nəticələnən mənfur terror hücumunu qətiyyətlə pisləyirik.Qurbanların ailələrinə dərin hüznlə başsağlığı verir və bu çətin dövrdə qardaş Pakistan xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik", - paylaşımda bildirilib.

"Bu cür terror aktlarına heç vaxt bəraət qazandırıla bilməz", - XİN-dən qeyd olunub.

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Türkiyədə zəlzələ olub