Image

Bakı-Tbilisi sərnişin qatarı yola salınıb

Bakı-Tbilisi-Bakı marşrutu üzrə ilk sərnişin qatarı Bakı Dəmiryol Vağzalından saat 23:10-da yola salınıb.

Qatar səhər 08:41-də Tbilisiyə çatacaq.

Tbilisidən isə saat 21:00-da yola düşərək ertəsi gün saat 06:24-də Bakıya çatacaq.

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq veriləcək.

Gürcüstan ərazisində isə qatarlar Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq edəcək.

Mənbə: anews.az

Xəbər lenti

Gədəbəyə dolu yağıb

Tramp Paşinyanı təbrik edib