Image

Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya hökumətinin sədri Mixail Mişustinlə telefon danışığı aparıb.

Nazirlər Kabinetindən verilən məlumata görə, tərəflər Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqamətləri və müxtəlif sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsini müzakirə ediblər.

Məlumata əsasən, hökumət başçıları ikitərəfli əməkdaşlığın geniş spektr üzrə ardıcıl inkişafında qarşılıqlı maraqlı olduqlarını təsdiqləyiblər.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 33 dərəcə isti olacaq