Image

ExxonMobil Azərbaycanda qeyri-ənənəvi ehtiyatların imkanlarını araşdırır - şirkətin vitse-prezidenti

ExxonMobil Azərbaycanda qeyri-ənənəvi ehtiyatların işlənməsi imkanlarını araşdırır, çünki ölkədə indiyədək geniş şəkildə öyrənilməmiş bir sıra geoloji strukturlar mövcuddur. Bunu ExxonMobil-in vitse-prezidenti Con Ardill Bakı Enerji Həftəsində bildirib. Onun sözlərinə görə, ExxonMobil ABŞ-ın ən böyük neft və qaz idxalçısından dünyanın ən böyük istehsalçısına çevrilməsində mühüm rol oynayan qeyri-ənənəvi ehtiyatlarla bağlı imkanları öyrənmək üçün Bakıya gəlib. “Məhz buna görə ExxonMobil bu gün Bakıdadır – bu imkanları araşdırmaq üçün”, - Ardill deyib. O bildirib ki, bu cür layihələrin uğurla inkişafı üçün üç əsas amil vacibdir: uyğun geoloji quruluş, rəqabətqabiliyyətli kommersiya şərtləri və dövlət, investorlar, operatorlar və servis şirkətləri arasında sıx əməkdaşlıq. Ardillin sözlərinə görə, ExxonMobil təxminən 20 ildir qeyri-ənənəvi ehtiyatlar istiqamətində fəaliyyət göstərir və hazırda ABŞ-ın Perm hövzəsində gündəlik 1,6 milyon barel neft hasil edir. Şirkət bu göstəricini ilin sonunadək 1,8 milyon barelə, 2030-cu ilədək isə 2,5 milyon barelə çatdırmağı planlaşdırır. 2025-ci ilin iyununda SOCAR və ExxonMobil Azərbaycanda qeyri-ənənəvi ehtiyatların potensialının qiymətləndirilməsi üzrə anlaşma memorandumu imzalayıblar. Ardill qeyd edib ki, ABŞ-da hasilatın sürətli artımını təmin edən horizontal qazma və hidravlik lay çatlatma texnologiyaları uyğun geoloji və kommersiya şərtləri olduğu halda digər ölkələrdə də tətbiq oluna bilər. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Sabah 33 dərəcə isti olacaq