Image

BP Bakı–Supsa kəmərinin operatorluğunu iyunun 8-də dayandıracaq

BP iyunun 8-də Bakı–Supsa neft kəməri üzrə operator funksiyalarını dayandıracaq və kəmərin idarə olunması Azərbaycan və Gürcüstan hökumətlərinə təhvil veriləcək. Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bildirib. Onun sözlərinə görə, ötürmə mövcud müqavilə öhdəlikləri çərçivəsində həyata keçirilir. “BP iyunun 8-də Bakı–Supsa kəməri üzrə operatorluğu dayandıracaq və bu səlahiyyət Azərbaycan və Gürcüstan hökumətlərinə veriləcək”, - Kristofoli deyib. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Sabah 33 dərəcə isti olacaq