Image

Avtomobil su kanalına düşdü

Qubada minik avtomobili su kanalına düşüb.

Gundem.az report-a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində baş verib.

Belə ki, avtomobildə tək olan sürücü Quba rayonu Bağbanlı kənd sakini Ramin İsmixanov xəsarət almadan maşından çıxa bilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: gundem.az

Xəbər lenti

ADY yay qrafikinə keçir