Image

Daşkəsəndə 30 yaşlı kişini ildırım vurub

Daşkəsəndə 30 yaşlı kişini ildırım vurub.

APA-nın məlumatına görə, hadisə rayonun Çovdar kəndi ərazisində qeydə alınıb.

Kəlbəcər rayon sakini 1996-cı il təvəllüdlü B.Kamalov kənd ərazisində at belində mal-qara otaran zaman onu və mal-qaranı ildırım vurub. Nəticədə 30 yaşlı kişi müxtəlif xəsarətlər alıb, bir iribuynuzlu heyvan tələf olub.

Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətinin kafi olduğu bildirilir.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 33 dərəcə isti olacaq