Image

Aeroport yolunda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində, Aeroport yolunda baş verib.

Elvin Səfərlinin idarə etdiyi “Changan” markalı, 77-XV-884 dövlət qeydiyyat nişanlı avtomobil Heydər Əliyev prospektində hərəkətdə olarkən piyada Mübariz Salmanovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 33 dərəcə isti olacaq