Image

Naxçıvanda yeddi yaşlı uşaq su kanalında boğularaq ölüb

Naxçıvan şəhərində yeddi yaşlı uşaq su kanalında boğularaq ölüb.

"Report" xəbər verir ki, hadisə Qaraxanbəyli kəndi ərazisində baş verib.

2019-cu il təvəllüdlü Q.E. kənd ərazisində velosiped sürərkən ehtiyatsızlıqdan su kanalına düşüb. O, sudan çıxarılaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 33 dərəcə isti olacaq