Image

Binəqədidə çoxmərtəbəli yaşayış binasında yanğın məhdudlaşdırılıb -Yenilənib

Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

Mənbə: anews.az

Xəbər lenti

Şahbuza dolu yağıb