Image

Sumqayıtda 72 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeyd alınıb.

Belə ki, “Qaz 31” markalı avtomobil yolu keçmək istəyən piyada, 1951-ci il təvəllüdlü Minayə Bəhməndər qızı Hümbətovanı vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

ADY yay qrafikinə keçir