Image

Cəlilabad sakinini ot bağlaması yükləyən zaman ilan sancıb

Cəlilabad rayon sakinini ilan sancıb.

"Report"un məlumatına görə, hadisə rayonun Məlikqasımlı kəndində qeydə alınıb.

Kənd sakini, 30 yaşlı Vasif Yəhyayev əkin sahəsində maşına ot bağlaması yükləyən zaman otun içində olan ilan onu qolundan sancıb.

Rayon xəstəxanasına çatdırılan V. Yəhyayevin səhhətinin orta-ağır olduğu bildirilir.

Mənbə: anews.az

Xəbər lenti

Şahbuza dolu yağıb