Image

Niderlandın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarılıb

Niderlandın İrandakı səfirliyi müvəqqəti olaraq Azərbaycandan fəaliyyət göstərdikdən sonra Tehranda işini bərpa edib.Bu barədə Niderlandın Azərbaycandakı səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Səfirliyin bildirdiyinə görə, Niderland Krallığının İrandakı diplomatik missiyası iyunun 7-dən etibarən Tehranda fəaliyyətini yenidən başlayıb.

"Müvəqqəti olaraq Azərbaycandan fəaliyyət göstərdikdən sonra Niderland Krallığının İrandakı Səfirliyi 7 iyun 2026-cı il tarixindən etibarən Tehranda fəaliyyətini bərpa edib", – məlumatda deyilir.

Paylaşımda Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür də ifadə olunub.

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Bakıda evdə meyit tapıldı

Xəzərdə zəlzələ olub

Sabah 41 dərəcə isti olacaq

Azərbaycan nefti ucuzlaşıb