Image

Biz ölkənin azadlığını çiyələyə, badımcana və ya xiyara dəyişməyəcəyik - Simonyan

Rusiyanın Ermənistana mümkün iqtisadi təzyiqləri əks nəticə verə bilər və ölkə müstəqilliyini iqtisadi maraqlara dəyişdirilməyəcək. Bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. 

“Biz ölkənin azadlığını çiyələyə, badımcana və ya xiyara dəyişməyəcəyik. Azadlığın qiyməti kənd təsərrüfatı məhsulları ola bilməz”, - o deyib.

Parlament sədrinin sözlərinə görə, Rusiyanın atdığı addımlar Ermənistan cəmiyyətində hakimiyyətə qarşı narazılıq yaratmaq əvəzinə, əks təsir göstərərək ictimai birliyi gücləndirib.

"Bu addımlar əks reaksiya verdi və cəmiyyəti hazırkı hakimiyyət ətrafında daha da birləşdirdi. Görünür, onlar bunu başa düşmədilər", - Simonyan bildirib.

Bir neçə gün öncə Ermənistanda parlament seçkiləri keçirilib. Seçkilərdə baş nazir Nikol Paşinyanın partiyası qələbə qazanıb. 

Ermənistan və Rusiya arasında münasibətlər son illərdə, xüsusilə İrəvanın Qərblə əlaqələrini genişləndirməsi və regional təhlükəsizlik məsələlərində Moskvanı tənqid etməsi fonunda gərginləşib.

Rusiya Ermənistanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır və ölkənin kənd təsərrüfatı məhsullarının əhəmiyyətli hissəsi Rusiya bazarına ixrac olunur. Buna görə də Moskvanın ticarət və ya gömrük məhdudiyyətləri Ermənistan iqtisadiyyatına təsir göstərə biləcək amillərdən biri hesab edilir.

Gülnar Nazimqızı 

 

Mənbə: anews.az

Xəbər lenti

Şahbuza dolu yağıb