Image

DünyasəviyyəlirobototexnikayarışıilkdəfəAzərbaycandakeçiriləcək

 

Azercell-in dəstəyi ilə gənclər “RobotChallenge” beynəlxalqyarışında mübarizə aparacaqlar

 

13–14 iyun 2026-cı il tarixlərində Azercell-in dəstəyi ilə dünyanınnüfuzlu robototexnika və texnologiya müsabiqələrindən biri olan“RobotChallenge”-in Azərbaycan üzrə ilk yerli mərhələsikeçiriləcək. “RobotChallenge Azerbaijan 2026” Bakı Kristal Zalında baş tutacaq. 

Əsası Avstriyada qoyulmuş, sonradan isə Çində inkişaf etdirilərəkbeynəlxalq miqyasda genişləndirilmiş “RobotChallenge” gənclərinrobototexnika, proqramlaşdırma, mühəndislik, süni intellekt vəinnovasiya sahələrində bilik və bacarıqlarını nümayiş etdirməsiüçün beynəlxalq platformadır. Yarışın Azərbaycanda keçirilməsiölkədə STEAM təhsilinin təşviqinə, innovasiya ekosisteminininkişafına və gələcəyin texnologiya mütəxəssislərininyetişdirilməsinə töhfə verəcək. 

Müsabiqə çərçivəsində fərqli yaş qruplarını təmsil edən iştirakçılarrobototexnika, proqramlaşdırma, süni intellekt və innovasiyaistiqamətləri üzrə hazırladıqları layihələri təqdim edəcək vəmüxtəlif kateqoriyalar üzrə öz həllərini və texnoloji bacarıqlarınınümayiş etdirəcəklər. Yerli mərhələnin qalibləri Çində keçiriləcəkbeynəlxalq finalda Azərbaycanı təmsil etmək hüququqazanacaqlar. 

“RobotChallenge Azerbaijan 2026” haqqında ətraflı məlumatwww.robotchallenge.az səhifəsində təqdim edilir.

 

Mənbə: anews.az

Xəbər lenti

Sabah 33 dərəcə isti olacaq