Image

ABŞ-nin müvəqqəti işlər vəkili Hindistan XİN-ə çağırılıb

Hindistan Xarici İşlər Nazirliyi (XİN) Oman sahilləri yaxınlığında ticarət gəmisinə edilən hücumla bağlı ABŞ-nin müvəqqəti işlər vəkili Ceyson Miksə etirazını bildirib və diplomatı nazirliyə çağırıb.

ANI agentliyinin məlumatına görə, addım Yeni Dehlinin göyərtəsində 24 Hindistan vətəndaşının olduğu “Settebello” kommersiya gəmisinə hücumu pisləməsindən sonra atılıb.

Hindistan XİN bəyan edib ki, ölkə tərəfləri gərginliyin azaldılmasına, ticarət gəmiçiliyinin müdafiəsinin təmin olunmasına və beynəlxalq sularda təhlükəsiz naviqasiyanın bərpasına çağırır.

Hücum nəticəsində üç hindistanlı dənizçinin itkin düşdüyü bildirilir.

Bundan əvvəl Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin nəzdində fəaliyyət göstərən Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Oman sahillərindən 20 dəniz mili şimal-şərqdə yerləşən tankerdə yanğın baş verdiyini açıqlamışdı. Məlumata görə, hadisə zamanı ekipaj üzvlərindən biri həlak olub, iki nəfər isə itkin düşüb.

Mənbə: anews.az

Xəbər lenti

Gədəbəyə dolu yağıb

Tramp Paşinyanı təbrik edib