Image

"Azeri Light" nefti 1%-dən çox bahalaşıb

Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı xam neftinin qiyməti artaraq bir barel üçün 96,36 ABŞ dollarına çatıb.

Bazar məlumatlarına görə, "Azeri Light" neftinin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,09 ABŞ dolları və ya 1,14% yüksəlib.

Azərbaycan nefti son qiymət artımından sonra beynəlxalq enerji bazarlarında 96 ABŞ dollarından yuxarı səviyyədə ticarət olunmağa davam edir.

"Azeri Light" Azərbaycanın əsas ixrac neft markasıdır və yüksək keyfiyyət göstəricilərinə görə adətən beynəlxalq etalon neft markaları ilə müqayisədə premium qiymətlə satılır. Neft əsasən Xəzər dənizində yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan hasil olunur.

Tarixi məlumatlara görə, "Azeri Light" markalı neftin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də COVID-19 pandemiyasının yaratdığı qlobal bazar böhranı zamanı bir barel üçün 15,81 ABŞ dolları olub. Neftin tarixi maksimum qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları səviyyəsində qeydə alınıb.

Mənbə: anews.az

Xəbər lenti

Gədəbəyə dolu yağıb

Tramp Paşinyanı təbrik edib