Image

İran Elon Maskın şirkətlərini hərbi hədəflər siyahısına salıb

İran Yaxın Şərqdə amerikalı milyarder Elon Maska məxsus şirkətlərin aktivlərini hərbi hədəflər siyahısına əlavə etməyi nəzərdən keçirir.Bu barədə İranın Fars Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, səbəb ABŞ və İsrail ordularının İrana qarşı əməliyyatlar apararkən Starlink də daxil olmaqla, İlon Maska məxsus şirkətlərdən dəstək alması olub.

Bildirilibki, İsraildə yerləşən Starlink stansiyası, eləcə də şirkətin Qətər, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Omandakı obyektləri İranın potensial hərbi hədəfləri siyahısına daxil edilə bilər.

Mənbə: anews.az

Xəbər lenti

Qusarda sürüşmə baş verib