Image

Pentaqonda təhlükəli maddələrlə bağlı insidentə görə əməkdaşların təxliyəsinə başlanılıb

Pentaqonda binanın içərisində havanın keyfiyyəti ilə bağlı problemlər aşkar edildikdən sonra əməkdaşların bir hissəsi təxliyə edilib və bir sıra otaqlara giriş məhdudlaşdırılıb.

"Report" xəbər verir ki, bu barədə CNN Pentaqonun nümayəndəsi Şon Parnellə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, kompleksin sistemləri havanın keyfiyyətinin pisləşdiyini qeydə alıb, bununla əlaqədar olaraq hadisənin səbəbləri aydınlaşdırılana qədər ehtiyat tədbirlər görülüb.

"Nazirlik standart təhlükəsizlik protokollarını həyata keçirir, o cümlədən təsirlənmiş ərazidə olan şəxslərə olduqları yerdə qalmaları barədə göstəriş verib. Reaksiya qrupları hadisə yerindədir və bina əməkdaşlarına dəstək göstərməyə hazırdır", - o qeyd edib.

Arlinqton dairəsi yanğınsöndürmə xidmətinin məlumatına görə, Pentaqonda təhlükəli maddələrlə bağlı insident baş verib. Hadisə yerinə kimyəvi təhlükələrə cavab tədbirləri üzrə mütəxəssislər yönləndirilib, onlar Pentaqonun obyektlərin mühafizəsi bölməsi ilə birlikdə işləyirlər.

Pentaqonun təhlükəsizlik xidmətinin daxili bildirişində havanın keyfiyyəti ilə bağlı əlavə yoxlamaların bir saatdan iki saata qədər çəkə biləcəyi göstərilir.

İnsidentin başvermə şəraiti və havanın keyfiyyətinin pisləşməsinin ehtimal olunan səbəbi hələ müəyyən edilməyib. Araşdırma davam edir.

Mənbə: anews.az

Xəbər lenti

Qusarda sürüşmə baş verib