İran: Hörmüz boğazı növbəti bildirişə qədər bağlanacaq
Hörmüz boğazı növbəti bildirişə qədər bağlanacaq.Bu barədə Fars Körfəzi Boğazı İdarəsinin (PGSA) məlumat yayıb.
Qərar bölgədə ABŞ silahlı qüvvələrinin yaratdığı gərginlik və İran ordusunun ötən gecə verdiyi bəyanatla əlaqədar qəbul edilib.
"Bu gündən etibarən Hörmüz boğazı növbəti bildirişədək bağlanır", - qurumun məlumatında deyilir.
PGSA əlavə edib ki, daha əvvəl keçid icazəsi almış gəmi operatorları və digər maraqlı tərəflər qurumun növbəti göstərişlərini gözləməlidirlər.
Mənbə: anews.az