Image

Azərbaycan ilə Tailand arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Bakıda Azərbaycanın və Tailand Krallığının Xarici İşlər nazirlikləri (XİN) arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Konsulluq idarəsinin rəisi Emil Səfərov, Tailand nümayəndə heyətinə isə Konsulluq məsələləri departamentinin baş direktoru Munqkorn Pratoomkaev rəhbərlik edib.

Məsləhətləşmələr çərçivəsində Azərbaycanla ilə Tailand arasında konsulluq sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması və aidiyyəti sahələr üzrə qarşılıqlı fəaliyyətin institusional əsaslarının möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər böhran vəziyyətlərində vətəndaşların təxliyəsi və onlara operativ konsulluq yardımının göstərilməsi sahəsində mövcud təcrübə və qabaqcıl mexanizmləri nəzərdən keçiriblər.

Bununla yanaşı, konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər, o cümlədən konsulluq xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində hər iki ölkənin mövcud təcrübəsi və tətbiq olunan mexanizmlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: anews.az

Xəbər lenti

Qusarda sürüşmə baş verib