Image

Türkiyədə təyyarə radar dirəyinə çırpılıb, 267 sərnişin təxliyə olunub

Antalya Hava Limanında “Boeing 777” tipli sərnişin təyyarəsi parklama zamanı səhv istiqamətə daxil olaraq radar dirəyinə çırpılıb.Bu barədə "Haber Global" xəbər verir.

Hadisə nəticəsində təyyarədə olan 267 sərnişin təxliyə edilib, bir sərnişin yüngül xəsarət alıb. Təyyarə və radar dirəyinə maddi ziyan dəyib.

Türk Hava Yollarının (THY) mətbuat katibi Yəhya Üstün bildirib ki, insidentlə bağlı texniki araşdırma başlanılıb və hadisənin səbəbləri araşdırılır.

Mənbə: anews.az

Xəbər lenti

Qusarda sürüşmə baş verib