Image

Texasda kütləvi atışma olub, ölən və yaralananlar var

ABŞ-nin Texas ştatının qərbində baş verən kütləvi atışma nəticəsində azı bir nəfər həlak olub, 10 nəfər yaralanıb.Bu barədə CNN məlumat yayıb.

Hadisə iyunun 12-də səhər saatlarında Midlend şəhərində qeydə alınıb. Polis atəş səslərinin Uest-Uoll-stritdə yerləşən binadan gəldiyini bildirib.

Şəhər meri Lori Blonqun sözlərinə görə, ümumilikdə 11 nəfər xəsarət alıb. Azı bir nəfər hadisə yerində ölüb. Mer atəş açan şəxsin zərərsizləşdirildiyini deyib.

Rəsmilər hücumçunun kimliyi və hadisənin motivi barədə hələlik əlavə məlumat açıqlamayıblar.

Mənbə: anews.az

Xəbər lenti