Image

Xamenei ilə vida və dəfn mərasimlərinin tarixləri elan edilib

İranın keçmiş ali lideri Əli Xamenei ilə vida və dəfn mərasimləri iyulun 4-dən 9-dək keçiriləcək.Bu barədə İranın "Tasnim" agentliyi Xameneinin ofisinə istinadən məlumat yayıb.

Məlumata görə, iyulun 4-5-də Tehrandakı İmam Xomeyni məscidində vida mərasimləri təşkil olunacaq. Cənazə iyulun 6-da Tehrandan yola salınacaq, iyulun 7-də Qum şəhərinə aparılacaq və iyulun 9-da Məşhəddə dəfn ediləcək.

Xamenei 2026-cı il fevralın 28-də ABŞ və İsrailin İrana endirdiyi zərbələr zamanı həlak olub.

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb