Image

İsrail Livanın cənubunda "Hizbullah"ın 70-dən çox obyektinə zərbələr endirib

İsrail ordusu son 24 saat ərzində Livanın cənubunda "Hizbullah" hərəkatına məxsus 70-dən çox hədəfə zərbələr endirib.Bu barədə İsrail Müdafiə Ordusu (IDF) məlumat yayıb.

Məlumata görə, zərbələr qruplaşmanın hücumların hazırlanmasında istifadə etdiyi raket qurğularını və digər hərbi obyektləri hədəf alıb.

IDF həmçinin əməliyyatlar zamanı "Hizbullah"ın bir neçə üzvünün öldürüldüyünü bildirib.

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb