Ermənistanda parlament seçkilərinin yekun nəticələri sabah açıqlanacaq
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) iyunun 14-də saat 18:00-da keçiriləcək iclasda seçkilərin yekun nəticələrini elan edəcək.Bu barədə Ermənistan MSK məlumat yayıb.
Məlumata görə, iclasda üç seçki məntəqəsində səsvermənin yenidən keçirilməsi məsələsinə də baxılacaq.
Komissiya həmçinin müxalifət bloklarının şikayətlərini müzakirə edəcək. Belə ki, “Güclü Ermənistan” və “Birlik Qanadları” partiyalarının seçkilərin nəticələrinin ləğv edilməsi və səsvermənin etibarsız hesab olunması tələbi ilə təqdim etdikləri müraciətlərə baxılacaq və bununla bağlı qərar qəbul ediləcək.
Mənbə: anews.az